Haqqımızda
2020-ci ildə fəaliyyətə başlamış Orion Translation & Consulting şirkəti tərcümə və konsaltinq xidmətlərinin göstərməsi üzrə ixtisaslaşmış şirkətdir. Şirkətimizin portfoliosu korporativ müştərilər, o cümlədən yerli və xarici şirkətlər, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər, dövlət və kommersiya qurumları təşkil edir. Orion Translation & Consulting şirkəti sizə ingilis, rus və digər dillərdən Azərbaycan dilinə və əksinə tərcümə xidmətləri, eyni zamanda konsaltinq sahəsi üzrə də xidmətlər təklif edir. Bizim peşəkar tərcüməçilərimiz, hüquqşunaslarımız, biznes məsləhətçilərimiz və psixoloqlarımız sizə yüksək səviyyədə xidmət göstərməyə hazırdılar. Orion Translation & Consulting şirkətinin iş prinsipi müştəri məmnuniyyətidir. Gündən-günə inkişaf edən ölkəmizdə ayrı-ayrı şəxslərə və biznes sahəsində çalışan müştərilərimizə işlərinin keyfiyyətini və rəqabətə davamlılığını artırmaq üçün peşəkar mütəxəssislərimiz köməklik göstərir.
Sərfəli qiymət tariflərimiz və yüksək peşəkarlığa sahib mütəxəssislərimiz müştəri məmnuniyyətinin qarantıdır. İşlərinizi bizə etibar etməklə həm vaxtınıza, həm də büdcənizə qənayət edərək əlavə dəyər qazanacaqsıznız!
Ətraflı